Biz kimik?

Educators.Pro Təlim Mərkəzinin əsas məqsədlərindən biri öz sahəsində öndə gedən xarici təlimçilərin canlı onlayn olaraq təlimlərini təşkil etməkdir. Təlim mərkəzi xarici təlimlərdə iştirak etmək istəyən şəxslərin xərclərini azaldıb və bu istiqamətdə işlərini rahatlaşdırır. Nəzərinizə çatdırmaq istərdik ki, hal-hazırda bir neçə ölkədən olan təlimçilərin razılığı alınıb. Bu təlim mərkəzinin əsas üstünlüyü budur ki, burada təlimlərin onlayn olması ilə yanaşı həm də onların canlı olmasıdır. Yəni siz təlim müddətində təlimçilərə sual verib, cavab ala bilərsiniz. Eyni zamanda təlim mərkəzində yerli təlimçilərin də sinif təlimləri təşkil olunacaq. Təlim mərkəzində tələbələrin hər biri kompüterlə təmin olunub. Maksimum dərəcədə çalışırıq ki, həm xarici, həm də yerli təlimçilər öz sahələrində kifayət qədər təcrübəli olsun və təlim etdikləri sahədə beynəlxalq sertifikatları olsun. Educators.Pro Təlim Mərkəzi xarici təlimçilərimizin Azərbaycanda seminarlarını da təşkil etməyi də nəzərdə tutub. Çalışırıq ki, təlimlər bütün sahələri əhatə etsin. Hal-hazırda Educators.Pro Təlim Mərkəzinin yerli təlimçilər üçün nəzərdə tutulmuş təlim mərkəzi Azərbaycan Universitenin tərkibində fəaliyyət göstərir. Azərbaycan Universitenin tələbələrinə xüsusi endirimlər var. Eyni zamanda digər tələbələr üçün də bütün təlimlərdə endirimlər nəzərdə tutulub.